Saytımızı qiymətləndirin


 
 

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı start götürür
Tarix: 10-03-2022 | Saat: 08:38
Bölmə:Karusel / İdman | çapa göndər

"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir (FOTO)

Bu gün Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Martın 13-dək davam edəcək mundialda 17 ölkədən 170 idmançının iştirakı gözlənilir. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparacaqlar.

Yarışda Azərbaycanı gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edəcəklər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli qüvvələrini sınayacaq.

Qeyde edək ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il 3 - 6 martda isə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər