Saytımızı qiymətləndirin


 
 

Şuşa səfərinə görə aldadılan alimlərin pulu qaytarıldı
Tarix: 11-06-2022 | Saat: 10:55
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Məlum səfərlə başlı etdiyimiz ödəniş bizə geri qaytarıldı”.

Qarabaqinfo.az xəbər verir ki, bunu 370 alimin Şuşaya baş tutmayan səfəri barədə xəbəri ictimailəşdirən tarixçi Arif Gürşadoğlu bildirib.


“Bir daha bildirmək istəyirəm ki, məsələ maddiyyat məsələsi deyil, məsələ belə bir çirkin oyunun məhz Şuşa üzərindən qurulmasıdır...”,-deyə o, Şuşada elmi konfrans adı ilə alimlərin aldadılması haqqında danışarkən deyib.


“Xüsusi olaraq onu da qeyd edim ki, bu oyunun başında duranlar bu gün Əlvan Cəfərovu ortada tək qoyublar. Əslində isə bu biabırçılıqda ən az günahı olan məhz Əlvan Cəfərovdur...”, - A.Gürşadoğlu əlavə edib.
 

Adı dələduzluqda hallandırılan Əlvan Cəfərov isə mətbuata açıqlamasında deyib ki, onun 470 nəfər arasından seçim etmək məsələsində heç bir hüququ olmayıb, sadəcə texniki işləri icra edib:

"Seçilib mənə verilmiş 100 nəfərin səfərə gedişi haqlı olaraq insanlarda narazılıq yaradıb. Burada heç bir aldatma olmayıb. Rəsmi yazışmalar, sənədlər hamısı var. Konfransların rəsmi, qanunlar çərçivəsində keçirilməsi də sənədlərdə öz əksini tapıb”.

O, məlum Şuşa səfərinin Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və Azərbaycan Milli Elmlər Akademiyasl (AMEA) tərəfindən təşkil olunduğunu vurğulayıb.
 

Xatırladaq ki, bir qrup alim Şuşada təşkil olunan konfransa aparılmaq adı ilə aldadıldığını iddia edib.

Aldadılan alimlər adından danışan tarixçi Arif Gürşadoğlu Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Əlvan Cəfərovu dələduzluqda ittiham edib.

Arif Gürşadoğlunun iddiasına görə, Şuşada konfransa dəvət vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alim aldadılıb. Hər adamdan 70 manat pul alındıqdan sonra cəmi 100 nəfər Şuşaya aparılıb, gedə bilməyən 370 nəfərin pulu isə qaytarılmayıb.

Daxili İşlər Nazirliyi məsələnin araşdırılacağını vəd edib



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər