Saytımızı qiymətləndirin


 
 

Gürcüstan və Türkmənistan Orta Dəhlizlə bağlı əməkdaşlığı müzakirə edib
Tarix: 11-12-2025 | Saat: 17:07
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Qarabaginfo.az-ın yerli bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında siyasi-iqtsadi münasibətləri müzakirə ediblər.

Görüşdə tranzit-logistika sahəsində və Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Gürcüstanın dəniz limanlarına əlavə yüklərin cəlb olunması üzrə əməkdaşlığın potensialına diqqət ayırlıb.

Kobaxidze Türkmənistan qazının Gürcüstan vasitəislə nəqlinə köməkliyin göstərilməsinə hazırlıq ifadə edib. O, Türkmənistanın dövlət başçısına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə, eləcə də işğal altında olan ərazilərin tanınmaması siyasətinə görə təşəkkürünü bildirib.

Görüşdə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə hazırlıq ifadə olunub.

Kobaxidze Berdiməhəmmədovu Gürcüstana rəsmi səfərə dəvət edib.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər
24-07-2025, 11:03 Bu rayonlarda qaz olmayacaq