Saytımızı qiymətləndirin


 
 

Azyaşlı maşın sürdü - Polis araşdırmalara başladı - VİDEO
Tarix: 14-11-2022 | Saat: 11:53
Bölmə:Karusel | çapa göndər

Azyaşlı maşın sürdü - Polis araşdırmalara başladı - VİDEO

Sosial şəbəkələrdə azyaşlının sükan arxasına keçərək avtomobil idarə etməsilə bağlı görüntülər müzakirələrə səbəb olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə fikir bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli deyib ki, azyaşlı uşağa maşın idarə etməyə şərait yaratmaq onu çox istəmək deyil.

 

DYP rəsmisinin sözərinə görə, bu, uşağın tərbiyəsinə birbaşa mənfi təsir edir.

 

A.Əsgərli bildirib ki, yol hərəkəti qaydaları kimi həyati əhəmiyyətli qaydaları pozmaq, cəmiyyətə mənfi nümunə olmaq yolverilməzdir:

 

“Sürücülük hüququnun olmaması kifayət qədər ağır məsələdir, qaldı ki, azyaşlı uşağa sükan əmanət etmək. Qanunla 12 yaşı tamam olmayan uşaqlar avtomobilin ön oturacağında xüsusi oturacaq olmadan otura bilməzlər. Bu təfəkkür, bu cür düşüncəsiz davranışlar sabah o uşaqların yol hərəkəti qaydalarına laqeyd yanaşmalarına zəmin yaradacaq. Uşağın düşüncə tərzinə mənfi nüanslar aşılamaq olmaz. Bunun hüquqi məsuliyyəti var. Ondan əlavə də cəmiyyət özü bu cür məsələlərə qarşı ictimai qınaq formalaşdırmalıdır. Məsələ ilə bağlı polis tərəfindən hüquqi qiymət veriləcək. Bu hadisənin misalında cəmiyyəti bu cür yanlış hərəkətlərdən çəkinməyə, bunu qəhrəmanlıq kimi ictimailəşdirməyə can atmamağa çağırış edirik”.

VİDEO LİNK: https://t.me/modern_azz/18058 



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər