Saytımızı qiymətləndirin


 
 

"Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin edilməlidir" - Avropa Parlamentinin üzvü
Tarix: 20-05-2021 | Saat: 16:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

“Qarabağın yekun statusu zorla və ya silahla tətbiq edilə bilməz, bu, orada yaşayan insanların demokratik iradəsini nəzərə alan siyasi bir həll olmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin üzvü Jordi Sole Avropa Şurasının plenar iclasında Dağlıq Qarabağdakı son müharibə kontekstindəki “hərbi əsirlər” məsələsinin müzakirəsi zamanı səsləndirib.

“Dağlıq Qarabağdakı erməni əhaliin təhlükəsizliyi təmin edilməlidir, onların mədəni irsi qorunmalıdır", - Sole deyib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva son açıqlamalarından birində Azərbaycan tərəfinin bütün hərbi əsirləri geri qaytardığını bildirib.

"Ermənistanın Azərbaycanı erməni “hərbi əsirlərin” saxlanmasında davamlı ittiham edən yalan və iftira dolu iddiaları tərəfimizdən mütəmadi qaydada cavablandırılır. Vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə, o cümlədən məhbusların tutulması əməliyyatları və onlarla rəftara aid olan beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə riayət etməyə sadiqdir.

Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb".(Qazet.az)



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər