Saytımızı qiymətləndirin


 
 

Kreml Paşinyanın müsahibəsindən NARAZIDIR
Tarix: 04-09-2023 | Saat: 17:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Kreml Paşinyanın müsahibəsindən NARAZIDIR

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlar qəbuledilməzdir, Moskva bununla bağlı hədsiz narazılığını bildirib.
 

Qarabaqinfo.az xəbər verir ki, bunu TASS-a Ruiyadakı diplomatik mənbə bildirib.

“Moskva Ermənistan rəhbərliyinin son açıqladığı bəyanatlardan, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhlərdən son dərəcə narazıdır. Moskva hesab edir ki, bu bəyanat və şərhlər öz tonuna, məzmununa görə qəbuledilməzdir”.
 

TASS-ın mənbəsi əlavə edib ki, İrəvandan istifadə edərək Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa cəhd olunur.
 

“Rusiya Federasiyası Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsindəki  əlaqələri “asılılıq” kimi deyil, bərabərhüquqlu və səmərəli tərəfdaşlıq kimi qiymətləndirir.

Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil”, - diplomatik mənbə vurğulayıb.

Xatırladaq ki, Nikol Paşinyan sentyabrın 3-də, İtaliyanın "La Repubblica" nəşrinəmüsahibəsində deyib ki, Ermənistanın təhlükəsizliyinin sadəcə Rusiyadan asılı olması "strateji səhv"dir. Onun sözlərinə görə, rəsmi Moskva təhlükəsizlikliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər