Ana Sayfa > Karusel / Dünya > Kreml Paşinyanın müsahibəsindən NARAZIDIR
Kreml Paşinyanın müsahibəsindən NARAZIDIR4-09-2023, 17:33. Yazar: Admin |
Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlar qəbuledilməzdir, Moskva bununla bağlı hədsiz narazılığını bildirib. Qarabaqinfo.az xəbər verir ki, bunu TASS-a Ruiyadakı diplomatik mənbə bildirib. “Moskva Ermənistan rəhbərliyinin son açıqladığı bəyanatlardan, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhlərdən son dərəcə narazıdır. Moskva hesab edir ki, bu bəyanat və şərhlər öz tonuna, məzmununa görə qəbuledilməzdir”. TASS-ın mənbəsi əlavə edib ki, İrəvandan istifadə edərək Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa cəhd olunur. “Rusiya Federasiyası Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsindəki əlaqələri “asılılıq” kimi deyil, bərabərhüquqlu və səmərəli tərəfdaşlıq kimi qiymətləndirir. Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil”, - diplomatik mənbə vurğulayıb. Geri dön |