Tarix: 18-01-2022 | Saat: 07:17
Bölmə:Karusel / Dünya | çapa göndər
Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.
Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Global News” kanalı məlumat yayıb.
Dəstə xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir. Rəsmi olaraq, bu məlumat telekanala nə Müdafiə Nazirliyi, nə də Kanada hökuməti tərəfindən təsdiqlənməyib.
2015-ci ildən Kanada Silahlı Qüvvələri “Unifier” əməliyyatı çərçivəsində Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna Ordusunun əsgər və zabitlərinə təlim keçir.
Missiyaya təxminən 200 kanadalı hərbçi daxildir. 2019-cu ilin martında Kanada hökuməti Ukraynadakı missiyanın müddətini 2022-ci ilin yazına qədər uzatmaq qərarına gəlib.
Digər xəbərlər