Saytımızı qiymətləndirin


 
 

Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib
Tarix: 10-02-2023 | Saat: 17:45
Bölmə:Karusel / Region | çapa göndər

 

Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib

Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Mərkəzdən Qarabaginfo.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır:

"Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər.

Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.

Yayılan təxribat xarakerli şayiələrə inanmayın!"



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər