Tarix: 15-09-2025 | Saat: 23:55
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna Avropa tərəfdaşları ilə dronları effektiv şəkildə vurmaqla bağlı öz təcrübəsini paylaşmağa hazırdır.
Qarabaginfo.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsinin rəhbəri Yuriy İqnat bildirib.
İqnat Polşa səmasında döyüş başlığı olmayan Rusiyanın “Gerber” dronlarının vurulması üsullarını şərh edib. O deyib ki, qırıcı təyyarələr üçün belə dronlar çətin hədəflərdir.
“İki döyüş təyyarəsi 40 dəqiqədən çox heç nə edə bilmədi. Cəhd etdilər, amma çox vaxt itirdilər”, - o əlavə edib.
Ukraynanın dronlarla mübarizədə zəngin təcrübəyə malik olduğunu qeyd edən İqnat Ukraynada Rusiyanın hava hücumları zamanı vəziyyətə uyğun olaraq müxtəlif vasitələrdən - mobil atəş qrupları, aviasiya, dron-interseptorlar, radioelektron mübarizə və s. üsullardan istifadə olunduğunu qeyd edib.
İqnat vurğulayıb ki, Ukrayna Avropa müttəfiqlərinə dronları vurmağı öyrətmək üçün mütəxəssislərini təqdim etməyə hazırdır və bu təlimlər istənilən yerdə - Lvovda, Krakovda və ya başqa yerdə keçirilə bilər.
Digər xəbərlər