Saytımızı qiymətləndirin


 
 

Dağıntıdan çıxarıldı, İlham Əliyevə salam göndərdi - Video
Tarix: 10-02-2023 | Saat: 10:04
Bölmə:Karusel / Region | çapa göndər

Dağıntıdan çıxarıldı, İlham Əliyevə salam göndərdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə Qarabaginfo.az-a FHN-nin mətbuat xidmətindən bildirilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ayşə adlı qadın dağıntılardan çıxarılandan sonra “Can Azərbaycan, canım qardaşlarım. İlham Əliyevə də salamları göndərirəm”, - deyərək xilasedicilərimizə təşəkkür edib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər