Tarix: 22-01-2023 | Saat: 17:20
Bölmə:Karusel / Manşet | çapa göndər
Britaniyanın keçmiş Baş naziri Boris Conson hazırda Ukraynadadır.
Qarabaginfo.az-ın xəbərinə görə, Boris Conson Ukraynaya Prezident Zelenskinin dəvəti ilə səfər etdiyini bildirib.
Sabiq Baş nazir qeyd edib ki, Ukrayna xalqının iztirabları çox uzun müddətdir davam edir: “Bu müharibəyə son qoymağın yeganə yolu Ukraynanın qələbə qazanması və mümkün qədər bir o qədər də tez qalib gəlməsidir”.
Boris Conson bildirib ki, Putin nə qədər tez uğursuz olarsa, bu, Ukrayna və bütün dünya üçün bir o qədər yaxşı olacaq.
Baş nazirin sözçüsü təhlükəsizlik səbəbi ilə səfərin hər hansı bir detalını şərh etməyəcəklərini deyib. O bildirib ki, Boris Conson Böyük Britaniya hökumətinin Ukrayna ilə bağlı siyasətini, o cümlədən “Challenger” tanklarının göndərilməsi ilə bağlı son qərarı tam dəstəkləyir.
Digər xəbərlər