Saytımızı qiymətləndirin


 
 

Blinkenin köməkçisi və Mirzoyan Azərbaycanla normallaşma prosesini müzakirə edib
Tarix: 09-12-2022 | Saat: 19:23
Bölmə:Karusel / Manşet | çapa göndər

Donfrid, Mirzoyan

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.

Karen Donfrid Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğu vurğulanıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi, eyni zamanda, regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələlərinə toxunublar.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Karen Donfridlə telefon danışığı olub.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər