Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqı və NATO əməkdaşlığı gücləndirir
Tarix: 21-06-2022 | Saat: 07:29
Bölmə:Karusel / Dünya | çapa göndər

NATO neden kuruldu, amacı nedir? - Ruken Tuncel - bianet

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının hazırkı vəziyyətində Avropa İttifaqı və NATO, eləcə də onların üzvləri tam birlik nümayiş etdirib və əməkdaşlığı gücləndiriblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının qəbul etdiyi yekun qərarda bildirilib.

Qeyd olunub ki, Avroatlantik təhlükəsizlik üçün bu kritik anda Aİ-NATO strateji tərəfdaşlığı həmişəkindən daha möhkəm və aktualdır.

Sənəddə deyilir ki, rəhbər orqanlar və işçi qrupları səviyyəsində siyasi məsləhətləşmələrlə yanaşı, strateji kommunikasiyalar və dezinformasiyaya qarşı mübarizə, tələblərin üst-üstə düşdüyü hallarda müdafiənin planlaşdırılmasının əlaqələndirilməsi, hərbi mobillik məsələləri üzrə dialoq və Ukraynada kadrların qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlıq qurulub.



Xəbəri paylaş

1280 dəfə oxunub.

Digər xəbərlər