Saytımızı qiymətləndirin


 
 

Qarabağ erməniləri dərin depressiyadadır - Hərbi şərhçi
Tarix: 17-01-2023 | Saat: 11:45
Bölmə:Karusel | çapa göndər

Qarabağ erməniləri dərin depressiyadadır - Hərbi şərhçi

 

Laçın yolundakı ekoloji aksiya ermənilərin bu günü və gələcəyi ilə bağlı bir çox acı reallıqlara gözlərini açdı. Vardanyan isə Qarabağı mühasirəyə salınmış “qala”ya bənzətdi.
 

Qarabaginfo.az xəbər verir ki, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi aksiyanın 1 ayının doğurduğu nəticələrdən danışarkən qeyd edib.

Onun sözlərinə görə, aksiyanın birinci ayının sonlarına doğru Qarabağ separatçıları arasında ilk daxili siyasi çaxnaşma baş verdi.

“Lakin ilk böhran dünən Arayik Arutyunyanla Ruben Vardanyanın Azərbaycanın təzyiqləri qarşısında geri addım atmamaq barədə razılığı ilə hələlik donduruldu.

Əhalinin gözündən pərdə asmaq üçün qondarma rejim bəzi “kadr dəyişiklikləri” də həyata keçirdi.
Hazırda separatçı rejimin strategiyası məhz "mühasirədə mübarizə aparan qala" psixologiyasını əhaliyə aşılamaq və bunu gücləndirməkdir.
 

Qida məmulatlarına talon sisteminin tətbiqi bu yöndə atılan addımdır”.
 

Hərbi icmalçı deyib ki, Qarabağ ermənilərinin sosial problemlərinin kəskinləşməsi ətraf rayonların torpaqlarının istismarından son iki ildə məhrum olmaqlarının nəticəsidir.
 

“Qarabağ zonasının iqtisadiyatı tarixən Azərbaycana bağlı olub və bu, erməni əhalinin normal yaşayışını təmin edib.
 

"Blokada" bəhanəsi Qarabağda sosial-iqtisadi böhranın əsl səbəblərini gizlətmək və məsuliyəti üzərindən atmaq üçün separatçı rejimin uydurmasıdır.
 

Böhran daha da dərinləşəcək və ictimai-siyasi ziddiyətləri kəskinləşdirəcək. Qala psixologiyası aşılana bilməyəcək. Çünki birincisi, yeni yaranmış vəziyət deyil. Bizi yaxşı tanıyan yerli ermənilər qayıdacağımızı bilir və gözləyirdilər. Qocaları deyirdi, "ara, türk torpağından keçməyəcək...". Bu 30 ilə yaxın gözləmədə xeyli psixoloji güc xərclədilər. Və biz qayıtdıq, həm də necə qayıtdıq!”.

N.Bayram deyir ki, hazırda Qarabağın dağlıq hissəsindəki erməni əhali dərin depressiya və apatiyadadır.

“Bilirlər ki, əllərində 5 milyard dollarlıq silahlar, sursat, ordu, yüksəkliklərlə keçən "Ohanyan xətti", "qalib döyüş ruhu" olanda heç nə edə bilmədilərsə, indi 10 dənə Vardanyan olsa, onları bu haldan çıxara bilməz.
 

İkincisi, "qalaya" kənardan dəstə gələcəyinə ümidlər tükənib, yoxdur. Son siyasi çaxnaşmanı məhz İrəvan səfəri zamanı ümid etdikləri Fransanın parlament sədrinin "Bizim ölkə Dağlıq Qarabağı tanımır" sözləri tətiklədi.
 

Bu səbəblərin cəmindən, hər səhər Şuşadan azan səsi ilə oyanan Qarabağın erməniləri Vardanyanın optimizmini bölüşmürlər”.



Xəbəri paylaş

120 dəfə oxunub.

Digər xəbərlər