Saytımızı qiymətləndirin


 
 

"Korsika adasında dil qadağası Makron Fransasının aqressiyasının göstəricisidir" - RƏY
Tarix: 13-03-2023 | Saat: 12:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Korsika Adası Rehberi

"Korsika adasında korsikan dilinin qadağan olunması Makron Fransasının aqressiyasının göstəricisidir".

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu gün Fransa beynəlxalq münasibətlər sistemində aqressiv bir ölkə kimi tanınır: "Bu, Makron Fransasının əsas səciyyəvi keyfiyyətinə çevrilib. Ona görə də Fransa ölkədən kənarda olan tarixi koloniyalarında mövqelərini itirir. Fransa həmçinin tarixdə törətdiyi cinayətlərlə üz-üzə gəlməli olur. İstər Şimali Afrika ölkələri, istərsə də ərəb ölkələri bu cinayətlərlə bağlı onu hesab verməyə çağırırlar. Amma çox təəssüflər olsun ki, Fransa aqressiv siyasətin məntiqi nəticəsi kimi meydana çıxan bu münasibətlərdən dərs çıxarmır. Əksinə, tarixən heç bir nüfuzu olmadığı bölgələrdə yeni kolonist siyasət həyata keçirməyə çalışıması Qafqaza münasibətdə də çox aydın görünür. Amma bu da məsələnin hamısı deyil, çünki bu ölkə öz vətəndaşlarına qarşı da çox aqresssiv davranır".

Deputat bildirib ki, Korsika adasında korsikan dilinin qadağan olunması Fransanın aqressiyanın bariz göstəricilərindən biridir: "Əlbəttə, bu hal təkcə korsikalılarda deyil, beynəlxalq hüquqa hörmət edən bütün Avropa ictimaiyyətində haqlı etirazlara səbəb olur. Birləşmiş Millətlər Təşkilatı (BMT) də artıq məsələyə öz münasibətini bildirib. Həmin qərar Fransanın daxilində də narazılıqlara səbəb olacaq. Bu isə sonda Makron Fransasının iç üzünün, aqressiv və kolonist siyasətinin ifşa olunmasına gətirib çıxaracaq".



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər