Ana Sayfa > Karusel > Qarabağ erməniləri dərin depressiyadadır - Hərbi şərhçi
Qarabağ erməniləri dərin depressiyadadır - Hərbi şərhçi17-01-2023, 11:45. Yazar: Admin |
Laçın yolundakı ekoloji aksiya ermənilərin bu günü və gələcəyi ilə bağlı bir çox acı reallıqlara gözlərini açdı. Vardanyan isə Qarabağı mühasirəyə salınmış “qala”ya bənzətdi. Qarabaginfo.az xəbər verir ki, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi aksiyanın 1 ayının doğurduğu nəticələrdən danışarkən qeyd edib. Əhalinin gözündən pərdə asmaq üçün qondarma rejim bəzi “kadr dəyişiklikləri” də həyata keçirdi. Qida məmulatlarına talon sisteminin tətbiqi bu yöndə atılan addımdır”. Hərbi icmalçı deyib ki, Qarabağ ermənilərinin sosial problemlərinin kəskinləşməsi ətraf rayonların torpaqlarının istismarından son iki ildə məhrum olmaqlarının nəticəsidir. “Qarabağ zonasının iqtisadiyatı tarixən Azərbaycana bağlı olub və bu, erməni əhalinin normal yaşayışını təmin edib. "Blokada" bəhanəsi Qarabağda sosial-iqtisadi böhranın əsl səbəblərini gizlətmək və məsuliyəti üzərindən atmaq üçün separatçı rejimin uydurmasıdır. Böhran daha da dərinləşəcək və ictimai-siyasi ziddiyətləri kəskinləşdirəcək. Qala psixologiyası aşılana bilməyəcək. Çünki birincisi, yeni yaranmış vəziyət deyil. Bizi yaxşı tanıyan yerli ermənilər qayıdacağımızı bilir və gözləyirdilər. Qocaları deyirdi, "ara, türk torpağından keçməyəcək...". Bu 30 ilə yaxın gözləmədə xeyli psixoloji güc xərclədilər. Və biz qayıtdıq, həm də necə qayıtdıq!”. İkincisi, "qalaya" kənardan dəstə gələcəyinə ümidlər tükənib, yoxdur. Son siyasi çaxnaşmanı məhz İrəvan səfəri zamanı ümid etdikləri Fransanın parlament sədrinin "Bizim ölkə Dağlıq Qarabağı tanımır" sözləri tətiklədi. Bu səbəblərin cəmindən, hər səhər Şuşadan azan səsi ilə oyanan Qarabağın erməniləri Vardanyanın optimizmini bölüşmürlər”. Geri dön |