Qarabaginfo.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşini ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və BƏƏ arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.(Yerveinsan.az)