Saytımızı qiymətləndirin


 
 

Paşinyan məxfi arxivləri niyə açdı? – “Məqsəd “Qarabağ klanı”nın dayaqlarını sarsıtmaqdır”
Tarix: 04-05-2021 | Saat: 15:14
Bölmə:Karusel / Region | çapa göndər

 

“Paşinyanın keçmiş prezidentlə bağlı açıqlaması seçki öncəsi rəqiblərini neytrallaşdırmaq məqsədi daşıyır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanda Nikol Paşinyanın keçmiş prezident Serj Sarkisyanı hakimiyyəti dövründə Qarabağla bağlı gizli danışıqlarda ittiham etməsində hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

“Nikol Paşinyanın köhnə klanın, xüsusən də eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə Qarabağ problemi ətrafında danışıqların bəzi gizli detallarını açıqlaması, bu müstəvidə onu ittiham etməsi həmin problem ətrafında seçkiqabağı özünə qarşı yönələn bütün təzyiqləri neytrallaşdırmaq  niyyətindən irəli gəlir”. Politoloq deyib ki, Paşinyan bununla Ermənistanın məğlub duruma düşməsinin məsuliyyətini öz üzərindən atmağa çalışır: 

“Göstərmək istəyir ki, yaranmış vəziyyətdə tək onun günahı olmayıb. Günahkar həm də əvvəlki hakimiyyət və onun rəhbəridir. Hələ Serj Sarkisyanın “Qarabağ klanı” hakimiyyətdə olan dövrdə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müəyyən razılaşmalar olub, bir sıra sənədlərə imza atılıb. Paşinyan həmin məqamı indi ortaya atmaqla həmçinin Robert Köçəryan başda olmaqla “Qarabağ klanı”nın xalq qarşısında daha da nüfuzdan düşməsinə çalışır.

Ermənistanda seçki öncəsi vəziyyət daha ziddiyyətli bir mərhələyə daxil olmaqdadır. Serj Sarkisyanla Robert Köçəryan Paşinyana qarşı planlı şəkildə mübarizəyə keçiblər. Onlar indiki hakimiyyəti Qarabağı verməkdə günahlandırır və bu prosesdə birbaşa Paşinyanı ittiham edirlər”.  Politoloqa görə, Paşinyan həm də manevr edir:

“Paşinyan arxivləri açaraq, onunla tanış olduqca özünün dəhşətə gəldiyini xalqa çatdırmaqla manevr edir. Əsas məqsədi də özünün həmin prosesdə günahkar olmadığını, baş verən müharibəyə Sarkisyanın apardığı siyasətin səbəb olduğunu xalqa bəyan etməkdən ibarətdir. Paşinyan bununla məsuliyyəti öz üzərindən atmaq istəyir”.



Xəbəri paylaş

1380 dəfə oxunub.

Digər xəbərlər