Saytımızı qiymətləndirin


 
 

Koronavirus tarixə çevrilir - Amma Yeni il izdihamı...
Tarix: 02-01-2023 | Saat: 13:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Koronavirus tarixə çevrilir - Amma Yeni il izdihamı...

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar Yeni il tətilindədirlər. Xüsusislə ötən gün bayramı Dənizkənarı Milli Parkda qeyd edən insanların evlərinə qayıtmaqda çətinlik çəkməsi, sıxlıqda qalması sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevirilib.

 

Bəs bu sıxlıq koronavirusa yoluxma hallarını artıracaqmı, yoxsa COVID-19 köhnə ildə qaldı?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan infeksionist həkim Vüqar Cavadzadə bildirib ki, infeksiyalar bayram ənənələrinə baxmır.

 

İnfeksionist də bayramda insanların sıx toplaşmalarına diqqət çəkib:

 

“Bayramla əlaqədar olaraq insanlar bəzi məkanlarda sıx toplanırlar. İnsanların sıx toplaşdığı qapalı məkanlarda isə bir sıra hava-damcı infeksiyalarında artım müşahidə oluna bilər. Qripə, para-qripə, eyni zamanda koronavirusa da yoluxma arta bilər. Ancaq ölkədə epidemik vəziyyət elə də kritik deyil. Yəni koronavirusa yoluxmada 3-4 rəqəmli artım olmayacaq.  Koronavirusa yoluxmada 3-4 rəqəmli göstərici dövrü artıq geridə qalıb”.

 

Onun sözlərinə görə, hər ehtimala qarşı bu günlərdə ehtiyatlı olmaq vacibdir:

 

“Bayram şənliklərində insanların qapalı məkanda maska taxmaları real görünmür. Ancaq insanlar tək koronavirusa yox, qripə yoluxmada da artım olmasın deyə bu günlərdə ehtiyatlı olmalıdır. Qripə yoluxmada da ötən illərə nisbətən artım müşahidə olunur. Yaxşı olardı ki, insanlar bayramı öz ailəsi ilə bir yerdə keçirsin. Geniş əhali kütləsinin toplaşdığı böyük məkanlarda toplaşmasalar, daha yaxşı olar. Hər kəsin ailə daxilində bayramı keçirməsi yoluxmalarda artımın qarşısını almaq baxımdan effektiv ola bilər".

 

Bəs, Azərbaycanda pandemiya bitib deyə bilərikmi?

 

V.Cavadzadə suala cavabında deyib:

"Bunu bəri başdan demək çətindir. Ancaq epidemik göstəricilər bunu demək üçün əsas verə bilər. Hər halda bizdə infeksiya ocağı var. İkirəqəmli də olsa, yoluxma hallarına rast gəlinir. Nəinki bizdə, bizi əhatə edən ölkələrdə xeyli yoluxma halları var. Çinin özündə yoluxma halları artıb.  Bəli, yoluxma hallarında artım olsa da, 2019-2020-ci illərdə olduğu kimi ağr xəstələr olmur. İnsanlar xəstəliyi çox yüngül şəkildə keçirirlər. Xəstəliyin davam etmə müddəti də azalıb. Ümumilikdə mən hesab edirəm ki, koronavirusun dünya üçün ciddi fəsadı artıq yoxdur. Yoluxma hallarının qarşısını kəskin almaq üçün hələ pandemik tədbirlər davam etdirilir".modern.az



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər