Qarabağda anti-terror əməliyyatı qaçılmazdır: Moskva Bakıya nə deyib?
Tarix: 28-12-2022 | Saat: 10:59
Bölmə:Karusel / Yazar | çapa göndər
1234 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-12-2022 | Saat: 10:59
Bölmə:Karusel / Yazar | çapa göndər

Azərbaycan Qarabağda qalan qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasını tələb edir: xarici işlər naziri Ceyhun Bayramov dünən keçirdiyi mətbuat konfrasında bildirdi ki, "qanunsuz erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir”.
Lakin XİN rəhbərinin çıxışında diqqətçəkən məqamlardan biri Rusiyanın bu məsələyə münasibətinə dair dedikləri idi: Moskva Bakının tələbi qarşısında bildirir ki, "erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”.
10 noyabr razılaşmasının 4-cü bəndində qeyd olunur: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Erməni silahlılarının çıxarılması İrəvanın öhdəliyidir, hərçənd, razılaşmanın altına imza atan və bölgəyə sülhməramlılarını yerləşdirən Rusiyanın əsas öhdəliyi də bu razılaşmanın bütün bəndlərinin icrasını dəstəkləmək, prosesə nəzarət etməkdir. Moskva, faktiki olaraq öhdəliyindən yayınır, məsuliyyəti Ermənistanın üzərinə qoymaqla silahlı dəstələrin çıxarılması prosesini əngəlləyir. Çünki erməni silahlı dəstələrinin bölgədə qalmasında maraqlı tərəfdir:
- Bundan Bakıya qarşı təzyiq kartı kimi istifadə edir;
- Separatçı rejimin "müdafiəsi”ni bu dəstələr vasitəsilə təşkil edir;
10 noyabr razılaşmasından keçən iki il müddətində erməni silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, onların "döyüş postları” qurmasına şərait yaradan da Rusiya sülhməramlılar olub.
Bu vəziyyətdə yeganə çıxış yolu Azərbaycanın qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasıdır. Rusiya "öhdəlik Ermənistanındır” deyirsə, Bakının İrəvanın yerinə yetirmədiyi öhdəliyin icrasını güc yolu ilə təmin etməsinə qarışmamalıdır. Praktiki addım atılmadığı müddətdə nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək və bundan danışıqlar prosesini uzatmaq üçün yararlanacaqlar.
Asif Nərimanlı
Xəbəri paylaş
Digər xəbərlər
29-08-2026, 07:57
Rusiyanın hava zərbələri nəticəsində Ukraynada 17 yaşlı gənc ölüb, 7 nəfər yaralanıb
23-05-2023, 11:22
Azərbaycanlı qadın Everest zirvəsini fəth edib
5-11-2020, 11:10
Döyüşdən qaçan ermənilərin hiyləgərliyi
27-11-2021, 11:51
30 minə yaxın şəxsə əks-göstəriş sertifikatı verilib
25-04-2023, 10:09
Ermənilər Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında aksiya keçirirlər
19-01-2023, 21:23
Ceyhun Bayramov kubalı həmkarı ilə telefon danışığı aparıb
17-11-2021, 15:46
Büdcəyə 60 milyon əlavə vəsait daxil olacaq
30-12-2025, 11:21
İstanbulda İŞİD-ə qarşı keçirilmiş əməliyyatda 110 nəfər saxlanılıb
13-10-2021, 23:50
İranın bəşəriyyətə qarşı növbəti cinayəti: Ərdəbilli fəallar dərhal azad edilməlidir!
4-03-2025, 10:27
Sakinlərdən yaşadıqları küçədə ”Durmaq” qadağandır nişanının qoyulmasına ETİRAZ- VİDEO

















