Mayın 19-da Ukrayna vətəndaşı Elmira Aslanova dünyanın ən yüksək zirvəsi olan Everesti (8848 m) fəth edib. Beləliklə, o, "Dünyanın damını" fəth edən ilk azərbaycanlı qadın olub.
"Bu, uzun müddətdir nail olmağa çalışdığım, dəfələrlə çılğın və qeyri-real olduğunu düşünərək bir kənara atdığım arzu idi. Amma Everest məni buraxmırdı... və budur, 19 may 2023-cü il tarixində dünyanın zirvəsinə qalxmağa müvəffəq oldum və Everest zirvəsinə çıxmağa müvəffəq olan ilk azərbaycanlı qadın oldum, bunun üçün çox şadam və qürur duyuram", deyə o, öz Facebook səhifəsində yazıb.
Elmira Aslanovanın turizm şirkətinin rəhbəri olduğu məlumdur.
Fəthin hansı marşrutla və hansı komandanın tərkibində həyata keçirildiyi hələlik məlum deyil.