Saytımızı qiymətləndirin


 
 

“Qərb Rusiyanı Qafqazda sıxışdırır“ - Konstantin Zatulin
Tarix: 28-10-2022 | Saat: 15:17
Bölmə:Karusel / Region | çapa göndər

“Qərb Rusiyanı Qafqazda sıxışdırır“ - Konstantin Zatulin

"Qərb Rusiyanı əsrlər boyu mövcud olduğu ənənəvi regionlardan sıxışdırıb çıxarmaq üçün imkanlar axtarır".

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib. 

Onun sözlərinə görə, tTarix boyu kifayət qədər hallar olub ki, Qərb siyasətçiləri erməni xalqına qızıl dağlar vəd ediblər.

"Məsələn, Birinci Dünya müharibəsi zamanı və ondan dərhal sonra verdiyi vədləri yerinə yetirmək üçün heç vaxt heç nəyi qurban verməyən ABŞ prezidenti Tomas Vudro Vilsonu götürək. Eyni zamanda, görürsünüz ki, sülhməramlılarımız bütün çətinliklərə baxmayaraq, Dağlıq Qarabağda yaşayan insanların həyatını, əmin-amanlığını necə qoruyurlar. Münaqişənin yenidən başlanmasına imkan vermirlər.

Bunu hər kəs, hər şeydən əvvəl, təbii ki, Ermənistanın özü və erməni xalqı təqdir etməlidir. Amma Qərbə gəlincə, o, Rusiyanı təkcə Qafqazdan deyil, həm də bütün vasitəçilik cəhdlərindən sıxışdırıb çıxarmağa çalışır. Özünün və Rusiyanın rollarını təyin edir. Məsələn, Ermənistanda parlamentdəki həmkarları ilə görüşən ABŞ və Fransadan olan milət vəkilləri onların eşitmək istədiklərini deyirlər”, - deyə rusiyalı siyasətçi qeyd edib.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər