Saytımızı qiymətləndirin


 
 

İnkişaf Bankının Prezidenti: Afrikada iqlim dəyişikliyinin qarşısını almaq üçün 300 milyon dolların ayrılması məqsədəuyğundur
Tarix: 14-11-2024 | Saat: 11:00
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Akinvumi Adesina

 

"Afrika regionu iqlim dəyişikliyindən ildə orta hesabla 75 milyon dollar maliyyə itkisinə məruz qalır".

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Afrika İnkişaf Bankının Prezidenti Akinvumi Adesina bildirib.

Onun sözlərinə görə, Afrika kontingentində iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var:

"İqlim dəyişikliyi bütövlükdə dünya ölkələrinin iqtisadi inkişafı üçün risklər yaradan əsas amildir. Hesab edirəm ki, COP29-da iştirak edən bütün tərəflər iqlim dəyişikliyi probleminin aradan qaldırılması yolunda güclərini birləşdirməli, həssas qruplara daxil olan dövlətlərin iqlim maliyyəsi ilə təmin olunması üşün təsirli tədbirlər görməlidir. Afrika regionu iqlim dəyişikliyindən ildə orta hesabla 75 milyon dollar maliyyə itkisinə məruz qalır. Ötən il bu rəqəm 50 milyon dollar təşkil edib. Afrikada iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon, ümumilikdə isə 300 milyon dolların ayrılması məqsədəuyğundur. Ayrı-ayrı ölkələr iqlim dəyişikliyi probleminə səssiz qalmamalı, daha dayanıqlı maliyyənin təminatına çalışmalıdırlar. Çoxtərəfli inkişaf bankları 2020-ci ildə bu məqsədlə 1.77 milyon dollar həcmində vəsait ayırmışdı. Bu vəsaitin 20 milyon dolları mitiqasiya tədbirlərinə sərf olunmuşdu. Məncə, dünya yeni kollektiv kəmiyyət hədəflərinə çatmanın yollarını daha fəal düşünməlidir".

"Dünya ölkələrindən müxtəlif səviyyəli nümayəndələr Bakıda keçirilən COP29-a məhz ümumi məqsədlərin reallaşması üçün toplaşıblar. Həm Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi, həm də COP29-un Prezidenti Muxtar Babayevin çıxışı və baş danışıqçı Yalçın Rəfiyev tərəfindən həyata keçirilən işlər bu sammitin uğurlu olacağına inam yaradır".



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır