Saytımızı qiymətləndirin


 
 

Putin Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonasında” olması xəbərlərinə münasibət bildirib
Tarix: 24-10-2024 | Saat: 19:57
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ukraynaya görə təəssüf edirəm” – Putin

“Görüntülər varsa, o zaman bu, nəyisə əks etdirir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda baş tutan BRICS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı sualına cavabında bildirib.

ABŞ-nin NBC telekanalının jurnalisti Rusiya Prezidentindən Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı peyk görüntülərinin olmasını soruşub.

Putin cavab verib ki, “görüntülər ciddi bir şeydir, əgər varsa, bu, nəyisə əks etdirir”.

O, Rusiyanın KXDR-lə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bu gün ratifikasiya olunduğunu və Moskva ilə Pxenyanın daim təmasda olduğunu xatırladıb.

Putin qeyd edib ki, Ukraynada münaqişəni Rusiya başlatmayıb. Onun sözlərinə görə, “Qərb 2014-cü ildə Ukraynada hakimiyyət çevrilişi edib, daha sonra 8 il Ukrayna qoşunlarını silahlandırıb, qərbli hərbçilər uzun müddətdir ukraynalılarla birlikdə Rusiyaya qarşı vuruşur”.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər