Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın 2021-ci il üzrə büdcə zərfinin qəbulunun gecikmə səbəbi məlum olub
Tarix: 17-12-2020 | Saat: 15:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Milli Məclis2021-ci ilin büdcə zərfinin Milli Məclisə daxil olmasının gecikməsinin səbəbləri məlum olub.

Məsələyə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli aydınlıq gətirib.

Qarabaginfo.az xəbər verir ki, Komitə sədrinin müavini APA-ya açıqlamasında bildirib ki, 2021-ci il üzrə büdcə zərfi hələ Milli Məclisə gəlməyib: “Bu il büdcənin parlamentə daxil olmasının gecikməsi Azərbaycan xalqının apardığı Vətən müharibəsi və həmin müharibədə zəfər çaldıqdan sonra işğaldan azad olunmuş ərazilərilərimizdə gələn il və qarşıdakı bir neçə il ərzində həyata keçirilməli olan bərpa işləri, təhlükəsizliyin gücləndirilməsi tədbirləri və digər zəruri işlərin maliyyə yükünün optimal variantda hesablayıb təqdim edilməsi məsələlərinin həlli ilə bağlıdır”.

Qeyd edək ki, “Büdcə sistemi haqqında” qanunun 15.3-cü maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi Milli Məclisdə cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilməlidir. 



Xəbəri paylaş

390 dəfə oxunub.

Digər xəbərlər