Saytımızı qiymətləndirin


 
 

Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO ilə danışıqlar aparır
Tarix: 21-08-2024 | Saat: 20:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO ilə danışıqlar aparır

Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO üzvləri ilə danışıqlar aparır.

Qarabaginfo.az “RBC-Ukraine” portalına istinadən xəbərinə görə, bunu Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bildirib.

O deyib ki, hətta real təhlükə olmasa belə bu məsələ aktuallığını qoruyur. Nazir bildirib ki, əsas məqsəd böhran vəziyyətlərində operativ reaksiyanın təmin olunmasıdır:

"Bir neçə Avropa ölkəsi ilə analoji səpkili müzakirələr aparılsa da, təfərrüatları açıqlamaq istəmirəm. Danışıqların əsas məqsədi Finlandiyanın təhlükəsizliyini təmin edəcək dövlətləri müəyyən etməkdir. Bu isə Kollektiv Müdafiə Haqqında Razılaşmanın 5-ci bəndinə tamamilə uyğundur”.

Nazirin sözlərinə görə, Finlandiya hökuməti hazırda müttəfiqləri ilə sərhədyanı bölgələrdə birgə təlimlərin keçirilməsini müzakirə edir.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər