Saytımızı qiymətləndirin


 
 

Eldar Əzizov  Bakıda iməclik elan etdi: Vətəndaşlara müraciət
Tarix: 30-07-2021 | Saat: 11:26
Bölmə:Karusel / Sosial | çapa göndər

Eldar Əzizov  Bakıda iməclik elan etdi: Vətəndaşlara müraciət

Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyul ayının 31-də şəhərin bütün rayonlarında geniş daxili iməclik keçirilməsi qərara alınıb. 

Qarabaginfo.az xəbər verir ki, daxili iməclik zamanı prospekt və küçələr, səki  kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri  görüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir. (Yeni Sabah)



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər