Saytımızı qiymətləndirin


 
 

“Vardanyanı axtarışa verməyin vaxtıdır!” - Tofiq Zülfüqarov
Tarix: 26-12-2022 | Saat: 17:35
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Vardanyanı axtarışa verməyin vaxtıdır!” - Tofiq Zülfüqarov

“Vardanyana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsinə əsasən, cinayət işi açmağın vaxtıdır!”.

Qarabaginfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünü separatçıların “dövlət naziri” elan etmiş Ruben Vardanyanın son günlər Qarabağda atdığı qanunsuz addımları şərh edərkən deyib.

T.Zülfüqarov bildirib ki, Azərbaycan Ruben Vardanyanı dərhal axtarışa verməlidir.

“Vardanyan ölkəmizin ərazisində qanunsuz əməllər törədib. Ona cinayət işi açılmalı, beynəlxalq axtarışa verilməli və bütün xarici ölkələrə, o cümlədən Azərbaycanın müttəfiqi Rusiya Federasiyasına səfər edərsə, saxlanılmalı və Bakıya ekstradisiya edilməlidir, - eks-nazir vurğulayıb. 



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər