Tarix: 11-10-2022 | Saat: 14:56
Bölmə:Karusel | çapa göndər
Bakıda yol hərəkətinin təşkilində edilmiş qüsura görə sürücülərin cərimələnməsi narazılığa səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, Yasamal rayonu Qurban Xəlilov küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsi ilə kəsişməsində düzünə və sola hərəkətin məcburedici olmasını bildirən nişan quraşdırılıb. İ.Qutqaşınlı küçəsinin ikitərəfli olmasına baxmayaraq, sağa dönən sürücülər məsuliyyətə cəlb edilir.
Sürücülər bildirib ki, həmin yolayrıcından sağa dönmək hərəkət iştirakçılarına hər hansı problem yaratmır. Bununla belə hərəkətin düzünə və sola məcburedici nişanla tənzimlənməsi anlaşılan deyil.
Bakı şəhərinin inzibati ərazisində hərəkətin təşkilini tənzimləyən qurum olan Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ərazidəki nişanla bağlı məsələ nəzarətə götürülüb: “Məsələ araşdırılacaq və təhlillər aparılacaq. Buna uyğun olaraq lazımi tədbirlər görüləcəkdir”.
Digər xəbərlər