Tarix: 23-12-2022 | Saat: 11:37
Bölmə:Karusel | çapa göndər
“Bizdə belə bir ifadə var ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması prosesi baş verir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, hüquq-mühafizə orqanları açıq-aşkar keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu mühakimə etməlidirlər: “Biz nahaqdan günahsız ölən zabit və əsgərlərimizin haqqını geri qaytaraq. O baxımdan da bu proseslərə daha məsuliyyətli yanaşmalıyıq. Ordumuzun təmizlənməsi istiqamətində işlərə baxmalıyıq”.
Fazil Mustafanın sözlərinə görə, ötən gün Türkiyənin Prezident kitabxanasında keçirilən sərgidə xatırladılıb ki, Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı təqdim olunan planı geri çevirib və başqa planla Şuşanı azad edib: “Bəlkə də aprel döyüşlərində də bəzi planlardan xəbəri olsaydı, o bunu geri çevirərdi, bu qədər əsgər və zabitimiz günahsız həyatını itirməzdi”.
Digər xəbərlər