Saytımızı qiymətləndirin


 
 

XİN Avropa Parlamentinin qətnaməsinə CAVAB VERDİ
Tarix: 14-03-2024 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

XİN Avropa Parlamentinin qətnaməsinə CAVAB VERDİ

Avropa Parlamentində “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı 13 mart 2024-cü il tarixində qəbul edilmiş qətnamə əsassız və qərəzli olmaqla yanaşı, ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsidir.
 

Bu barədə Qarabaqinfo.az -a XİN-dən məlumat verilib. 
 

Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə, “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir.
 

Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir.
 

Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, İslamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa daha faydalı quruma çevrilər.
 

Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir. modern.az



Xəbəri paylaş

139 dəfə oxunub.

Digər xəbərlər