Saytımızı qiymətləndirin


 
 

“Aksiyaçılar Laçında gömrük məntəqəsi qurub” - Marukyan
Tarix: 20-12-2022 | Saat: 23:48
Bölmə:Karusel / Manşet | çapa göndər

“Aksiyaçılar Laçında gömrük məntəqəsi qurub” - Marukyan

Azərbaycanlı ekofəallar faktiki olaraq Laçın yolundan gömrük məntəqəsi qurub.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan deyib.

O bildirib ki, ekofəallar “humanitar yüklərin” maneəsiz olaraq Laçın dəhlizindən keçməsinə imkan vermirlər:

“Faktiki olaraq onlar qanunsuz gömrük məntəqəsi qurublar”.

Qeyd edək ki, Şuşa-Xankəndi yolunda aksiya keçirən ekofəallar bütün humanitar yüklər, o cümlədən sadə erməni vətəndaşları və sülhməramlılar üçün yolun açıq olduğunu elan ediblər və heç bir problem də yaratmırlar. Lakin bu gün xankəndiyə “humanitar yük” apardığını bildirən 5 şübhəli yük maşınının yükü haqda məlumat verməsini tələb ediblər. Nə qədər qəribə olsa da, “humanitar yük” aparan şəxslər yükə baxış keçirməyə imkan verməyiblər. Buna görə də onların keçidinə də şərait yaradılmayıb.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Laçın yolundan Azərbaycanın sərvətlərinin talanıb daşınması, eyni zamanda bu humanitar dəhlizdən silah-sursat daşınması üçün istifadə edilməsinə də etiraz edirlər./



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər