Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova: "Ermənistan sərhədlərin delimitasiyasına mane olur"
Tarix: 04-06-2021 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

 

Sahibə Qafarova: Ermənistan sərhədlərin delimitasiyasına mane olur

"2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən sonra ölkəmizin öz ərazi bütövlüyü bərpa edilib və Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşü zamanı deyib.

Sədr bildirib ki, indi isə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində yeni dövr başlayıb – genişmiqyaslı bərpa və yenidənqurma dövrü. Lakin münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan işğaldan azad olunmuş ərazilərimizə terrorçu dəstələr göndərir, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyasına mane olur.(Report)



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər