Saytımızı qiymətləndirin

“Paşinyan gedir, yerinə Vardanyan gəlir” - Şok açıqlama
Tarix: 19-12-2022 | Saat: 17:34
Bölmə:Karusel / Region | çapa göndər

“Paşinyan gedir, yerinə Vardanyan gəlir” - Şok açıqlama

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O artıq Araik Arutyunyanı kölgədə buraxmasına, arxa plana keçməsinə toxunub:

“Kremlin müəyyən dairələrinin bu məsələdə maraqlı olması qətidir. Prezident İlham Əliyevin də dediyi kimi,Vardanyan xüsusi bir tapşırıqla gəlib və həmin tapşırığın Kremldəki şəxslərdən gəldiyi şübhə doğurmur”.

Bu gün Qarabağ separatçıları arasında “hakimiyyət”in dəyişmə prosesi gedir. Tədricən köhnə, özlərini ifşa etmiş və tamamilə nüfuzdan düşmüş Araik Arutyunyan və komandası yavaş-yavaş yerini Ruben Vardanyana verir. Birinciləri mümkün qədər yeni simalarla əvəzləməyə çalışacaqlar. 

Azərbaycanın Qarabağda separatçı “lider”lərlə danışma perspektivi yoxdur. Onlar Vardanyan kimi yeni bir simanı Qarabağa göndərməklə danışıqlarda separatçıları təmsil etməsini istəyirlər. Moskvada güman edirdilər ki, Azərbaycan Vardanyanla Xankəndinin taleyi ilə bağlı danışa bilər. Amma ilk gündən buna reaksiya həm ictimai, həm də dövlət səviyyəsində sərt oldu: Azərbaycan mənşəyi bilinməyən, vətəndaşımız olmayan, Qarabağa kənardan gətirilmiş bir şəxslə heç vaxt oturub bu məsələləri danışa bilməz”.

Aydın Quliyev zənn edir ki, hazırda Vardanyanla bağlı planın ikinci hissəsi oynanılır:

“Vardanyanı bütün Qarabağdakı siyasi proseslərin önünə çıxarmaq, köhnədən qalmış “lider”ləri tədricən kənarlaşdırmaq və Qarabağda Azərbaycanın əleyhinə yeni separatçı hərəkatın mərhələni başlatmaq. Daha uzaq bir məqsəd isə Vardanyanı sələfləri kimi Qarabağdan Ermənistana transfer etmək.

Ona görə də istisna deyil ki, Vardanyanın əliylə Qarabağda separatçı rejimi gücləndirəndən sonrakı mərhələdə onu İrəvanda hakimiyyətə gətirmək planı mövcuddur”.

açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər
4-04-2019, 10:10 Netanyahu Moskvadadır