Saytımızı qiymətləndirin


 
 

Kəmaləddin Heydərov Yevgeni Ziniçevin həlak olması ilə bağlı Rusiya FHN-ə başsağlığı verib
Tarix: 10-09-2021 | Saat: 11:36
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Kemaleddin Heyderov danisdi - “Bizdə pul nə gəzir?”

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması ilə bağlı həmin nazirliyin kollektivinə başsağlığı məktubu göndərib.

Qarabaqinfo.az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, məktubda rusiyalı nazirin hər zaman ölkəsinin təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini xatırladan nazir K.Heydərov, onun insan həyatını xilas edərkən qəhrəmancasına həlak olduğunu qeyd edib.

İstedadlı rəhbər, dövlət xadimi və hörmətli həmkar olaraq Yevgeni Ziniçevin həlak olması xəbərinin kədərlə qarşılandığını bildirən Kəmaləddin Heydərov Rusiya FHN-in kollektivinə dərin hüznlə başsağlığı verib. Apa



Xəbəri paylaş

2277 dəfə oxunub.

Digər xəbərlər