Saytımızı qiymətləndirin


 
 

"Kreml üç dəfə Ukraynaya hərbi müdaxiləni təxirə salıb" - Ukrayna kəşfiyyatı
Tarix: 19-12-2022 | Saat: 12:10
Bölmə:Karusel / Region | çapa göndər

"Rusiya hərbi hissələrinin cəmi üç sutkalıq təchizatı onların nə qədər yanıldığını göstərir..." 
"Rusiyada sərt xətt tərəfdarları arasında Putinin qətiyyətsizliyi və dəqiq strategiyasının olmamasından məyusluq artmaqdadır..."
 
"Ukrayna ordusunun Rusiya ərazisində apardığı əməliyyatlar ciddi hazırlıq tələb edir..."
 
"Ukrayna müharibəsi Rusiya ordusunu güclü şəkildə tükəndirib..."
 
Ukraynalı kəşfiyyatçı müharibənin başlanmasının maraqlı təfsilatlarını açıqlayıb
 
Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyayası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqu ilə Ukraynaya hərbi müdaxilədən öncə məşvərət edərək bir neçə dəfə hücumu təxirə salıb..
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzetinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski danışıb.
 
"Bizdə olan məlumata görə, hərbi müdaxilə üç dəfə, sonuncu dəfə fevralın ortalarında təxirə salınıb. FTX Gerasimovu hərbi müdaxiləyə sövq edib. Rusiyalılar əmin olub ki, kifayət qədər hazırlıq görüb, çünki buna böyük resurslar sərf edib", - Skibitski deyib.
 
Nəticə etibarilə Gerasimov təzyiqə uyaraq əməliyyatı bəyənib, amma vəziyyəti lazımınca dəyərləndirməyib. Rusiya hərbi hissələrinin ərzaq, döyüş sursatları və yanacaqla cəmi üç sutkalıq təchiz edilməsi faktı onların nə qədər yanıldığını göstərir.
 
Skibitski deyib ki, müharibənin intensiv fazasının lap əvvəlindən dinc əhali arasında kifayət qədər məlumatlandıranlar olub.
 
"Praktiki olaraq hər bir ukraynalı telefonla Rusiya əsgərlərinin dəqiq koordinatları barədə məlumat verib", - Skibitski qeyd edib və əlavə edib ki, bunun sayəsində Ukrayna Silahlı Qüvvələri hər bir yaşayış məntəqəsində nə qədər rusiyallıların olduğu barədə dəqiq məlumatı olub.
 
Skibitski vurğulayıb ki, Ukrayna ordusunun Rusiya ərazisində apardığı hərbi əməliyyatlar ciddi hazırlıq tələb edir, çünki Rusiyanın hərbi obyektləri yaxşı mühafizə olunur.
 
"Bu zaman Ukrayna Silahlı Qüvvələrinin hədəfləri sırf hərbidir-Rusiyanın Silahlı Qüvvələrinin Ukraynaya zərbələr endirən obyektləri, o cümlədən logistik mərkəzlər, komanda məntəqələri və ya böyük sayda əsgəri olan qarnizonlarıdır", - ukraynalı kəşfiyyatçı deyib.
 
Onun fikrincə, Xersonun azad edilməsi yeni fazaya qədəm qoyub. Xerson vilayətindən çıxarılan rusiyalı əsgərlər indi Zaporojye, Luqansk və Donetsk  vilayətlərində dislokasiya edilib. Rusiya Silahlı Qüvvələri öz hücumlarını ilk növbədə Bahmut rayonunda cəmləyib. Və bunun üç səbəbi var.
 
"Birincisi, onlar Donetsk vilayətinə bütövlükdə nəzarət etmək istəyir. İkincisi, cənubdan Kramatorsk və Slavyanska hücum etmək istəyir. Üçüncüsü, "Vaqner" özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin öz nüfuzunun qayğısına qalır. O, Rusiya ordusunu irəliyə getməməkdə ittiham edir, lakin onun özünün də nümayiş etdirməyə bir şeyi yoxdur", - Skribitski vurğulayıb.
 
Ukrayna kəşfiyyatı rəisinin müavini əlavə edib ki, Ukraynadakı müharibə Rusiya ordusunu güclü dərəcədə tükəndirib. Şəxsi heyət arasında böyük itkilərlə yanaşı, Qərbin sanksiyaları səbəbindən Rusiyada bəzi növ silahlar üçün bir çox komplektləşdirici hissələr yoxdur və daha istehsal edilmir.
 
"Rusiyada sərt xətt tərəfdarları arasında prezident Vladimir Putinin qətiyyətsizliyi və onun dəqiq strategiyasının olmamasından məyusluq hissi artmaqdadır", - Skibitski qeyd edib.(Moderator.az)


Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər
29-10-2021, 07:48 Co Bayden Romaya gəlib


Bu gün, 14:45Tofiq Hüseynov - 70