Tarix: 04-11-2021 | Saat: 18:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda məktəblərdə koronavirusun yayılması ilə əlaqədar tətil elan olunub-olunmayacağına münasibət bildirib.
Ş. Mönsümov Qarabaginfo.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi protokoldan istifadə edilir: “Əgər sinifdə kimsə koronavirusa yoluxubsa, həmin sinif bağlanır, müəllimlər xəstələnirsə, məktəb bağlanır və 2 həftəlik distant təhsilə keçirilir. Bu protokola əsasən, təhsildə idarəetmə həyata keçirilir. Əsas göstərici xəstəxanalarda əlavə yerin olub-olmaması ilə bağlıdır. Xəstəxanalarda yerlər varsa, deməli bizim səhiyyə sistemimizin xəstələri qəbul etmək imkanı var və qapanmaya getməyə ehtiyac yoxdur”.
Digər xəbərlər