Saytımızı qiymətləndirin


 
 

Separatçılar pasport nəzarətindən qorxur
Tarix: 29-04-2023 | Saat: 10:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Separatçılar pasport nəzarətindən qorxur Qarabağdakı separatçı rejimin nümayəndələri Rusiya Sülhməramlı Kontingentinin (RSK) yeni komandanı Aleksandr Lentsov ilə görüşüb.

Qarabaginfo.az “Joqovurd”a istinadla xəbər verir ki, onların Laçın dəhlizi ilə bağlı “qırmızı xətt”lərini açıqlayıblar.

Separatçılar dəhlizin Azərbaycan tərəfinin hətta vizual təmasına qarşı çıxıblar. Onların fikrincə, pasport nəzarətini belə yalnız sülhməramlılar həyata keçirməlidir.

Xatırladaq ki, aprelin 23-də Azərbaycanın Həkəri çayı üzərində qurduğu nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsi ilə bağlı RSK komandanlığı ilə Azərbaycan nümayəndələri arasında aparılan danışıqlar nəticəsiz qalıb. 



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər