Tarix: 17-12-2022 | Saat: 17:49
Bölmə:Karusel / Manşet | çapa göndər
“Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropa İttifaqının özündə sosial və iqtisadi problemlərin artmasına səbəb olacaq”.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin ölkəsinə qarşı 9-cu sanksiya paketini qəbul etməsinə münasibət bildirən zaman deyib.
O, sanksiya paketinin qeyri-legitim birtərəfli məhdudlaşdırıcı tədbirlərdən ibarət olduğunu qeyd edib:
“Aİ liderləri məhdudiyyətlər dövründən çıxa bilmir və Rusiyaya qarşı bütün anti-Rusiya sanksiyalarının və təzyiq siyasətlərinin əbəs olduğunu qəbul edə bilmirlər. Hazırkı paket əvvəlki paketlərlə eyni effekt verəcək və Aİ-nin özündə sosial və iqtisadi problemləri daha da kəskinləşdirəcək”.
Qeyd edək ki, Aİ-yə üzv ölkələr dünən 200-ə yaxın şəxs və qurum ilə 3 Rusiya bankının əlavə edilməsini, ikili istifadə məhsullarına ixrac qadağasını və mədən investisiyalarına qadağaları ehtiva edən 9-cu sanksiyalar paketini təsdiqləyib.
Digər xəbərlər