Ana Sayfa > Karusel / Manşet > “AB-nin yeni sanksiyalar paketi öz problemlərini artıracaq”
“AB-nin yeni sanksiyalar paketi öz problemlərini artıracaq”17-12-2022, 17:49. Yazar: Admin |
“Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropa İttifaqının özündə sosial və iqtisadi problemlərin artmasına səbəb olacaq”. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin ölkəsinə qarşı 9-cu sanksiya paketini qəbul etməsinə münasibət bildirən zaman deyib. O, sanksiya paketinin qeyri-legitim birtərəfli məhdudlaşdırıcı tədbirlərdən ibarət olduğunu qeyd edib: “Aİ liderləri məhdudiyyətlər dövründən çıxa bilmir və Rusiyaya qarşı bütün anti-Rusiya sanksiyalarının və təzyiq siyasətlərinin əbəs olduğunu qəbul edə bilmirlər. Hazırkı paket əvvəlki paketlərlə eyni effekt verəcək və Aİ-nin özündə sosial və iqtisadi problemləri daha da kəskinləşdirəcək”. Qeyd edək ki, Aİ-yə üzv ölkələr dünən 200-ə yaxın şəxs və qurum ilə 3 Rusiya bankının əlavə edilməsini, ikili istifadə məhsullarına ixrac qadağasını və mədən investisiyalarına qadağaları ehtiva edən 9-cu sanksiyalar paketini təsdiqləyib. Geri dön |