Xocalı qatili Sərkisyan mitinqlərdə Rusiya rəhbərlərinin təhqir olunmasından hiddətləndi...
Tarix: 15-12-2022 | Saat: 13:49
Bölmə:Karusel / Region | çapa göndər
1210 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-12-2022 | Saat: 13:49
Bölmə:Karusel / Region | çapa göndər

Bu çıxışıyla S.Sərkisyan sovet dövründən bəri Azərbaycana Qarabağ “minası”nı yerləşdirmiş Moskvanın, “KQB”-nin, bu gün isə Putin rejiminin birbaşa adamı olduğunu sübut edir...
Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyan bu gün İrəvanda Qarabağdakı separatçılara dəstək mitinqinə qatılıb. Xocalı canisi mitinqdə Rusiya rəhbərliyi əleyhinə səslənən kəskin şüar və təhqirlərə etirazını bildirib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
S.Sərkisyan bildirib ki, “sülhməramlı”lar ermənilər üçün 10 noyabrın bəyanatında nə yazılıbsa, hamısını yerinə yetirirlər.
“Problemlərinizi başqasına atmağa ehtiyac yoxdur. Dörd il əvvəl günahkar keçmiş hakimiyyətdə olanlar(yəni özü və Robert Köçəryan-S.L.) idi, indi keçmişdəkiəri qınamaq çətindir, sülhməramlıları və rusları günahlandırırlar. Bəli, bizim hamımızın Rusiyadan gözləntilərimiz daha çox idi, amma hər hansı gözləntiləri kənardan korlamaq olar, necə ki, korlayırlar... Müttəfiqinizin yüksək vəzifəli məmurunu necə ələ sala bilərsiniz, necə? Əgər biz nəyisə etmiriksə, niyə başqası bizim əvəzimizə bunu etməlidir? Onlar nə qədər bizim müttəfiqimiz olsalar da, bizim üçün hər şeyi edə bilməzlər”, - deyə 1988-ci ildən bəri Qarabağdakı proseslərin bugünkü səviyyəyə gəlib çatmasında böyük rolu olmuş terrorçu eks-prezident bildirib.
P.S. Bu çıxışıyla S.Sərkisyan sovet dövründən bəri Azərbaycana Qarabağ “minası”nı yerləşdirmiş Moskvanın, “KQB”-nin, bu gün isə Putin rejiminin birbaşa adamı olduğunu sübut edir...
Xəbəri paylaş
Digər xəbərlər
29-03-2022, 13:02
“Nokia” rus kəşfiyyatına belə dəstək olur… - NYT
24-01-2025, 16:26
Şuşada "Azərpoçt"un məntəqəsi açılıb - FOTO
22-08-2023, 13:47
Dollara tələb 45%-dən çox olub
27-08-2026, 20:30
Polşa ərazisində nüvə silahlarının yerləşdirilməsini istəmir
29-01-2024, 16:38
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
17-08-2022, 20:10
“Azercell”dən abunəçilərinə xəbərdarlıq
18-01-2018, 18:59
Xocalı Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub
21-02-2025, 08:06
Tramp: ABŞ tariflər sayəsində gəlir vergisini tamamilə ləğv edə bilər

















