Tarix: 18-06-2021 | Saat: 15:38
Bölmə:Karusel / Sosial | çapa göndər
Mərhum Xalq artisti Arif Quliyevin ailəsi məzardaşının hazırlanması üçün maddi imkanları olmaması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Yenisabah.az-a danışan mərhum aktyorun oğlu Rövşən Quliyev məzardaşının qoyulmamasının səbəbinin pul yox, anasının səhhəti ilə bağlı olduğunu deyib:
“Xeyr, bu xəbər doğru deyil. Biz məzardaşı ilə bağlı heç kimə müraciət etməmişik. Hal-hazırda anam ağır xəstədir, başımız ona qarışıb. Gözləyirik anamın səhhəti bir az düzəlsin, daha sonra məzardaşını düzəltdirib qoyduracağıq”.
Aktyorun oğlu atasının vəfatından sonra Mədəniyyət Nazirliyinin onlarla maraqlanmadığını qeyd edib:
“Atamın vəfatından sonra nazirlikdən maraqlanan olmadı. Lakin sənət dostları sağ olsunlar, hər zaman bizimlə maraqlanırlar. Amma bunun məzardaşı məsələsinə aidiyyatı yoxdur, özümüz edəcəyik. Bu elə də çətin iş deyil. Sadəcə dediyim kimi, anamın vəziyyəti pisdir, atamın vəfatından sonra səhhəti daha da ağırlaşdı, ona görə hələ də qəbirdaşı qoydura bilməmişik”.
Digər xəbərlər