Ana Sayfa > Karusel / Region > Xocalı qatili Sərkisyan mitinqlərdə Rusiya rəhbərlərinin təhqir olunmasından hiddətləndi...

Xocalı qatili Sərkisyan mitinqlərdə Rusiya rəhbərlərinin təhqir olunmasından hiddətləndi...


15-12-2022, 13:49. Yazar: Admin
Xocalı qatili Sərkisyan mitinqlərdə Rusiya rəhbərlərinin təhqir olunmasından hiddətləndi...
Bu çıxışıyla S.Sərkisyan sovet dövründən bəri Azərbaycana Qarabağ “minası”nı yerləşdirmiş Moskvanın, “KQB”-nin, bu gün isə Putin rejiminin birbaşa adamı olduğunu sübut edir...
Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyan  bu gün İrəvanda Qarabağdakı separatçılara dəstək mitinqinə qatılıb. Xocalı canisi mitinqdə Rusiya rəhbərliyi əleyhinə səslənən kəskin şüar və təhqirlərə etirazını bildirib. 
Qarabaginfo.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
 
S.Sərkisyan bildirib ki, “sülhməramlı”lar  ermənilər üçün 10 noyabrın  bəyanatında nə yazılıbsa,  hamısını yerinə yetirirlər. 
 
“Problemlərinizi başqasına atmağa ehtiyac yoxdur. Dörd il əvvəl günahkar keçmiş hakimiyyətdə olanlar(yəni özü və Robert Köçəryan-S.L.) idi, indi  keçmişdəkiəri qınamaq çətindir, sülhməramlıları və rusları günahlandırırlar. Bəli, bizim hamımızın Rusiyadan gözləntilərimiz daha çox idi, amma hər hansı gözləntiləri kənardan korlamaq olar, necə ki, korlayırlar... Müttəfiqinizin yüksək vəzifəli məmurunu necə ələ sala bilərsiniz, necə? Əgər biz nəyisə etmiriksə, niyə başqası bizim əvəzimizə bunu etməlidir? Onlar nə qədər  bizim müttəfiqimiz olsalar da, bizim üçün hər şeyi edə bilməzlər”, - deyə  1988-ci ildən bəri  Qarabağdakı proseslərin bugünkü səviyyəyə gəlib çatmasında böyük rolu olmuş terrorçu eks-prezident bildirib.
 
P.S. Bu çıxışıyla S.Sərkisyan sovet dövründən bəri Azərbaycana Qarabağ “minası”nı yerləşdirmiş Moskvanın, “KQB”-nin, bu gün isə Putin rejiminin birbaşa adamı olduğunu sübut edir...

Geri dön