Saytımızı qiymətləndirin


 
 

Donfrid: "Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün xüsusi imkan yaranıb"
Tarix: 15-12-2022 | Saat: 00:12
Bölmə:Karusel / Manşet | çapa göndər

Donfrid: "Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün xüsusi imkan yaranıb"

Biz Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün xüsusi imkanın yarandığına inanırıq.

Qarabaginfo.az xəbər verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində dinləmələr zamanı deyib.

 

“Biz düşünürük ki, indi imkanlar pəncərəsi açıqdır. Ona görə də biz bu məsələnin hazırda aktual və təcili olduğunu hiss edirik.

Bu gün ümumilikdə situasiyanın fərqli olduğunu düşünürəm, hesab edirəm ki, bunu Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqəsi var. Bu, regiondakı dinamikanı dəyişdirir.

Azərbaycan və Ermənistan arasında iki on illikdən çoxdur ki, münaqişə mövcud olub. Bu iki ölkə arasında başa düşülən səbəblərə görə köklü etibarsızlıq var.
Beləliklə hər dəfə iki ölkənin rəhbərliyi təmasda olursa, görüşürsə, bunun liderlər səviyyəsində, XİN başçıları səviyyəsində, milli təhlükəsizlik müşavirləri səviyyəsində, Baş nazir və nazir müavinləri səviyyəsində olmasından asılı olmayaraq bütün bu təmaslar çox vacibdir”,- deyə Donfrid vuğulayıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası belə fikir mübadilələrini, dialoqları intensivləşdirməyi vacib hesab edir, çünki belə olan halda hər iki tərəf biri-birini başa düşəcək.

O deyib ki, danışıqlar prosesində müxtəlif səviyyələrdə tərəflər spesifik məslələr üzərində işləyir.

“XİN rəhbərləri sülh sazişi üzərində işləyirlər, onlar ümid edirdilər ki, bu ilin sonunadək bu mümkün olacaq. Ancaq hələ bunun mümükün olacağının mümükün olacağı bəlli deyil. Dövlət katibi noyabr ayında Vaşinqtonda onların görüşünə ev sahibliyi etdi. Daha sonra onlar Moskvada görüşdü, sülh sazişi barədə fikir mübadiləsi apardılar və biz ümid edirik ki, ilin sonunadək nazirlər yenidən görüşəcək”,- deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında nəqliyyat və kommunikasiyaların açılması barədə danışıqlar gedir və bu da çox vacib məsələdir.

“Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar gedir. Eyni zamanda Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyi barədə də danışıqlar gedir. Bütün bunlar sülh planının elementləridir. Biz bu danışıqlara himayədarlıq edirik, tərəflər arasında etimad və güvənin yaranmasına və həll yolu ilə bağlı praktiki yanaşmalarının irəli sürülməsinə kömək edirik”, -deyə dövlət katibinin müavini bildirib.



Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər