Pentaqon Ukraynaya silah tədarükünü izləmək üçün səyləri gücləndirməyə çalışır, o cümlədən bu ölkəyə əlavə ABŞ hərbçilərinin göndərilməsini müzakirə edir.
Məlumata görə, hazırda Ukraynada yerli ordunun silah təchizatına nəzarət edən çox az sayda ABŞ hərbi qulluqçusu var.
Onlar cəbhə bölgələrinə getmir, lakin daşımaları izləmək məqsədilə silah və texnikanın ştrix-kodlarını skan etmək üçün Kiyevdən kənara çıxamlı olurlar.
Qeyd edək ki, Dövlət Departamenti ABŞ dövlət qulluqçularının (mülki və hərbi) başqa ölkələrdə yaşaması və işləməsinə məhdudiyyətlər qoyur.//Oxu.az