Saytımızı qiymətləndirin


 
 

Taksi sürücüsünü qətlə yetirib, maşını qaçıran şəxsin məhkəməsi başlayır
Tarix: 09-03-2023 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Taksi sürücüsünü qətlə yetirib, maşını qaçıran şəxsin məhkəməsi başlayır

 

Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, ibtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

 

Bundan əlavə, Müşviq İskəndərov polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

 

Müşviq İskəndərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 185.1 (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə yekun ittiham elan edilib.

 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, qətlə yetirilən Etibar Məmmədov taksi sürücüsü olub. mordern.az



Xəbəri paylaş

105 dəfə oxunub.

Digər xəbərlər