Saytımızı qiymətləndirin


 
 

Misir Putinə raket satmaqdan imtina edib- Ukraynanı silahlandırmaq qərarına gəlib
Tarix: 18-04-2023 | Saat: 14:09
Bölmə:Karusel / Dünya | çapa göndər

Kremlin Ukrayna cəbhəsində savaşan rus ordsunu təmin etmək üçün Misirdən raket tədarükü ilə bağlı danışıqlar aparmaq cəhdi nəticəsiz qalıb.

Qarabaginfo.az xəbər verir ki, “The Washington Post” Pentaqonun internetə sızan məxfi sənədlərinə istinadən yazır ki, Misir hakimiyyəti ilin əvvəlində nəzərdən keçirilən Kremlin silah tələbindən imtina etmək qərarına gəlib.

Nəşr qeyd edir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi Rusiyaya kömək etmək əvəzinə Ukrayna ordusuna artilleriya mərmilərinin verilməsi barədə göstəriş verib. Qəzetin istinad etdiyi sənədlərə əsasən, qərar mart ayında ABŞ rəsmiləri ilə danışıqlardan sonra qəbul edilib.

Rusiya ilə diplomatik tərəfdaşlığın uzun tarixinə və Rusiyadan böyük miqdarda silah və taxıl almasına baxmayaraq, Misir ABŞ-ın hərbi yardımından asılıdır və bu, ildə 1 milyard dolları ötür.

“Bayden administrasiyası ilə “sövdələşmə” çərçivəsində əs-Sisi Ukrayna Silahlı Qüvvələrinin tədarükü üçün ABŞ-a 152 və 155 mm-lik mərmi satmağa razılaşıb. Əvəzində Misir müasir Amerika silahlarını almağa ümid edir”, – sızan sənədlər göstərir.

Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi “The Washington Post”a bildirib ki, Misir ABŞ-ın yaxın tərəfdaşı olaraq qalır: “Biz regional və qlobal məsələlərlə bağlı Misir rəhbərliyi ilə müntəzəm əlaqə saxlayırıq”.

Ukraynada 10 min ağır texnikanı itirən və dəqiq idarə olunan raket ehtiyatını tükəndirən Kreml kömək üçün bir neçə müttəfiqə müraciət edib. İranla dronlarla bağlı razılığa gələn Rusiya daha sonra Şimali Koreya artilleriyasının tədarükü ilə bağlı danışıqlar aparsa da, bu cəhdi uğursuz olub.(Azpost.info)



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər
26-10-2023, 11:49 Makron Qazaxıstana gedir