Saytımızı qiymətləndirin


 
 

Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb, əraziyə helikopter cəlb olunub - VİDEO
Tarix: 26-03-2019 | Saat: 10:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Qarabaginfo "Realtv.az"a istinadən xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti açıqlama yayıb.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Qarabaginfo "Realtv.az"a istinadən xəbər verir ki,, bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

Yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. 



Xəbəri paylaş

542 dəfə oxunub.

Digər xəbərlər