Saytımızı qiymətləndirin


 
 

“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı  - Video
Tarix: 04-07-2020 | Saat: 11:37
Bölmə:Karusel / Sosial | çapa göndər

 

“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı

 

Bakıda karantin rejimini pozan daha bir restoran aşkarlanıb. 

Qarabaginfo.az Real TV-yə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumatı yoxlamaq üçün getdikləri "Kaktus" restoranında qonaqlıqla qarşılaşıblar.

Məlum olub ki, restoranın sahibi Cavad Cavadov karantin qadağalarına məhəl qoymadan yeyib-içən dostlarını yanına dəvət edib. 

Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır.

 

 

 



Xəbəri paylaş

447 dəfə oxunub.

Digər xəbərlər